O, magistraturaya qəbul imtahanlarında ən çox bal toplayıb


Bakı Mühəndislik Universitetində təhsil və tədrisin yüksək olması məzunlarının əmək bazarında asanlıqla iş tapmaları ilə yanaşı magistraturaya qəbul imtahanında da özünü göstərir.

 

Hər il DİM-in keçirdiyi magistraturaya qəbul imtahanında BMU-nun  bakalavr məzunları yüksək nəticə göstərirlər. Bu il də magistraturaya qəbul imtahanında universitetin "Maliyyə" ixtisasının sonuncu kurs tələbəsi Bəxtiyar Zeynalov 138 bal toplayaraq respublika birincisi olub. Bəxtiyar Zeynalov 1997-ci ildə anadan olub. Bakı şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdən məzun olub. O, qəbul imtahanında 677  bal toplayaraq Bakı Mühəndislik Universitetinin “Maliyyə” ixtisasını seçib. Bəxtiyar Zeynalovun bakalavr  təhsili zamanı  ümumi orta qiyməti 100 ballıq sisstem üzrə 88 olub.