Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.
Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövlətimizin əsas prioritetlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü ixtisasları (“Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Meşəçilik”, “Zootexniklik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Aqromühəndislik”, “Meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi”, “Şərabçılıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Baytarlıq” və “Əczaçılıq” ixtisaslarını) seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.
Universitet abituriyentlərə müasir standartlara cavab verən yataqxana da vəd edir.