Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri, professor Közhan Yazgan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova təbrik məktubu ünvanlayıb.

 

Universitetdən bildirilib ki, TDAV sədri Qarabağın işğaldan azad olunması və Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi münasibətilə UNEC rektorunu təbrik edərək, həmin ərazilərdə Türk kimliyinin yenidən bərqərar olunmasını arzulayıb.

 

Təməli TDAV-ın mərhum sədri Turan Yazgan tərəfindən qoyulan Türk Dünyası İqtisad fakültəsinin müasir tədris metodları ilə çağdaş Türk dünyasında özünəlayiq yer tutmasi istiqamətində universitetlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayan K.Yazgan Şuşada Türk Dünyasına töhfələr verə biləcək TUDİFAK nümunəsində bir fakültənin açılması istqamətində əməkdaşlığa hazır olduğunu və dəstəyin göstərilə biləcəyini qeyd edib.