Universitetlərin beynəlmiləlləşməsi və dünya təhsil bazarında baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü­hitinin yaranmasını zəruri edir.

 

UNEC bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir. UNEC dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirərək artıq Gürcüstanda da tanınıb. Universitetdən bildirilib ki,  Gürcüstanın İntellektual Mülkiyyət İnstitutu “UNEC”i Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alıb.

 

Beləliklə, UNEC Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya və Ukraynadan sonra 11-ci ölkədə tanınmış oldu.