5 dekabr saat 11:00-da Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi,  “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunacaq.

 

Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirakı ilə keçiriləcək onlayn görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək.

 

Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, institutun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyat evinin nümayəndəsi Wee Chee Sim, "Marshall Cavendish" nəşriyyat evinin nümayəndəsi Khairi Sallehudin Bin Abdullah, dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

 

Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.

 

Müzakirələri  Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.