Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqaviləni BANM-in rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı, professor Gert Jervan imzalayıb.

 

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsi, “Erasmus+" və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsi, Yay/Qış məktəblərində iştirak, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılması, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir.

 

Əməkdaşlıq müqaviləsi 3 il ərzində etibarlı olacaq.