Məlum olduğu kimi, Prezident İlham Əliyev 2020/2021-ci tədris ilində ölkənin ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 tələbəsi də təqaüd alanların sırasındadır.

 

ADNSU-dan bildirilib ki,  ali məktəbin informasiya texnologiyaları və idarəetmə fakültəsinin İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olunan  2 tələbəsinə - Səbuhi Bürcəliyevə və Əhməd İsmayılzadəyə Prezident təqaüdü veriləcək.

 

Qeyd edək ki, sərəncama əsasən bu il ali məktəblərə yüksək balla daxil olmuş 102  tələbəyə Prezident təqaüdü təyin edilib. Prezident təqaüdünə layiq görülən tələbələr respublikanın 27 müxtəlif şəhər və rayonunu təmsil edirlər.