Azərbaycan Texniki Universitetinin (AzTU)  Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq AzTU-da bir sıra struktur dəyişiklikləri edilib.

 

Ali məktəbdən bildirilib ki, universitet üzrə aparılan optimallaşdırmanı nəzərə alaraq, Tədris hissəsinin  Tədris işlərinin təşkili,  Keyfiyyətin təminatı şöbələrinin birləşdirilməsi və onların bazasında Tədris işlərinin təşkili və keyfiyyətin təminatı şöbəsinin yaradılması qərara alınıb.

 

AzTU-da hüquqi işin təşkilini daha keyfiyyətli formada həyata keçirmək üçün Hüquq Sektorunun yaradılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Magistratura və doktorantura şöbəsinin bazasında Magistratura və Doktorantura şöbələrinin yaradılması ilə bağlı razılığa gəlinib.

 

Bundan başqa, AzTU-nun nəzdində "Gənc texniklər" İnternet Liseyin yaradılması və universitetin publik hüquqi şəxs statusu alması ilə bağlı işlərin icrasına başlanılıb.