Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilir.

 

“Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası”  və “Azərbaycan dili (tədris dili) və riyaziyyat  fənlərinin məzmunu, yeni  dərsliklərin tətbiqi və metodikası” adlı təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi (TİPİM) tərəfindən təşkil olunur.

 

Təlimlərin əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq və oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə qabiliyyətlərini üzə çıxarmaq üçün müəllimlərin ehtiyat dərsliklərdən istifadə qaydaları ilə bağlı bilik və bacarıqlarını artırmaq, onlara metodiki dəstək göstərməkdən ibarətdir.

 

Proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir.

 

Təlimlərin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.