Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilinə hazırlıq işlərini başa çatdırıb.

 

Ali məktəbdən bildirilib ki, pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində ortaya  çıxacaq problemlərin qarşısını almaq məqsədilə Microsoft Teams platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlər hər bir fakültədə tyutor əməkdaşlar tərəfindən keçirilib, bütün müəllimlərin iştirakı təmin olunub.

 

Təlimlər aşağıdakı mövzuları əhatə edib:

 

  • 1. MS office və Windows proqramları haqqında ümumi məlumat;
  • 2. Təqdimatların hazırlanması və ekran paylaşımlarının təşkili;
  • 3. Test tapşırıqlarının hazırlanması və paylaşılması;
  • 4. Dərsin təşkili və idarə edilməsi;
  • 5. Elektron jurnal;
  • 6. Tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.

 

Məlumat üçün bildirilib ki, BDU-nun rəhbərliyi professor-müəllim heyətinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirir.

 

Qeyd edək ki, universitetdə onlayn təhsilin təşkilinin texniki təminatını həyata keçirən, yarana biləcək texniki problemlərin həlli ilə məşğul olan texniki heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.