Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.
Qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.
Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.
Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.