Sentyabrın 3-də riyaziyyat və texnologiya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 2396 namizədin iştirakı nəzərdə tutulur.

 

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

 

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!