Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi açıqlanıb
Müasir dünya trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı, səriştəli, XXI əsrin bacarıqlarına malik mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr qoyur. İndi işəgötürənləri də gələcək illərdə məzunların texnoloji inqilablar dövrü ilə ayaqlaşmasını təmin edəcək daha keyfiyyətli ali təhsil maraqlandırır. Hansı universitet mövcud dövrün tələblərinə daha keyfiyyətli mütəxəssis hazırlığı ilə cavab verir?
Çinin “Academic Ranking of World Universities” (dünya universitetlərinin akademik reytinqi), “Shanghai Ranking” (Şanxay reytinqi) və ya qısaca ARWU növbəti dəfə bu suala cavab verməyə çalışıb. 2020-ci il üzrə dünyanın keyfiyyətli ali təhsil xidmətləri təqdim edən universitetlərinin Şanxay reytinq cədvəlinə 17 ildir ki, fasiləsiz olaraq Harvard Universiteti başçılıq edir. Reytinqin ön sıralarında əsasən ABŞ və Böyük Britaniya universitetləri yer alıb: 1.Harvard Universiteti, 2.Stanford Universiteti, 3.Kembric Universiteti, 4.Massaçusets Texnologiya İnstitutu, 5.Kaliforniya Berkli Universiteti, 6.Prinston Universiteti, 7.Kolumbiya Universiteti, 8.Kaliforniya Texnologiya İnstitutu, 9.Oksford Universiteti, 10.Çikaqo Universiteti.
Beləliklə də dünyanın ən yaxşı ali məktəblərinin ilk onluğunda səkkiz yeri ABŞ-ın, iki yeri Böyük Britaniyanın ali məktəbləri tutur. Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti dünya universitetlərinin akademik reytinqində 93-cü yeri tutub. MDU ötən illə müqayisədə (87-ci yer) 6 xana geriləyib. ARVU-nun versiyasına görə, bu il dünyanın 1000 aparıcı universiteti siyahısında 11 Rusiya ali məktəbi var. “Kontinental Avropada ilk dəfə olaraq ARVU reytinqinə düşmüş Paris-Sakle Universiteti (14-cü yer) ən yaxşı ali təhsil ocağı kimi tanınıb. Daha sonra Sürix Federal Texnologiya İnstitutu (20-ci yer) qərarlaşıb. Asiyada aparıcı mövqe Tokio Universitetinə (26-cı yer) məxsusdur. Sinxua Universiteti (29-cu yer) qitədə ikinci yerə çıxmaqla Kioto Universitetini (34-cü yer) qabaqlayıb. Okeaniyada aparıcı mövqeni Melburn Universiteti (35-ci yer) göstərib”, - deyə reytinq tərtibçiləri bildirib.
Bu il Şanxay reytinqində Amerika ali məktəbləri üstünlük təşkil edir. İlk 10-luğa 8, 100-lüyə 41, 500-lüyə 133, top-1000-liyə isə 206 universitet daxil olub. Çin reytinqdə 168 universitetlə təmsil olunub, onlardan 81-i top-500-lükdə, 6-sı top-100-lükdə qərarlaşıb. Reytinqə bütövlükdə Britaniyanın 65 universiteti daxil olub, onlardan 36-sı top-500-lükdə yer alıb, 8 universitet isə ən yaxşı 100 ali məktəb arasındadır.
Reytinqə Türkiyənin 11 universiteti daxil olub: İstanbul Universiteti (401-500), Hacettepe Universiteti (601-700), İstanbul Texnik Universiteti (601-700), Dokuz Eylul Universiteti (701-800), Ege Universiteti (701-800), Ankara Universiteti (801-900), Bilkənt Universiteti (801-900), Yaxın Şərq Texnik Universiteti (801-900), Erciyes Universiteti (901-1000), Gazi Universiteti (901-1000), Mərmərə Universiteti (901-1000).
Qeyd edək ki, ARWU reytinqi universitetlərin akademik uğurlarının qiymətləndirilməsi sahəsində ən etibarlı vasitələrdən biri hesab olunur. Reytinq üçün ən əhəmiyyətli göstəricilər ali məktəblərin Nobel və riyaziyyat üzrə Filds mükafatı almış məzunlarının və müəllimlərinin sayı, “Nature” və “Science” elmi jurnallarında dərc olunmuş məqalələrin sayı və onlara olan istinadlar, eləcə də “Science Citation Index” - “Expanded” və “Social Sciences Citation Index” verilənlər bazasında indeksə olunmuş jurnallarda bir universitet əməkdaşına düşən məqalələrin sayı əsas götürülür.
Şanxay reytinqinin spesifikliyi ondan ibarətdir ki, ali təhsil müəssisələri onun üçün xüsusi olaraq heç bir məlumat hazırlamırlar - şirkət ali məktəb müəssisələrinə aid olan bütün məlumatları müstəqil şəkildə toplayır və təhlil edir. Bu il tədqiqat gedişində dünyanın müxtəlif ölkələrindən 1800-dən çox universitet qiymətləndirilib, onlardan yalnız 1000 ali məktəb ümumi reytinqə daxil ola bilib.
Xatırladaq ki, Shanghai Ranking Consultancy-ali təhsilin keyfiyyəti məsələləri üzrə tədqiqat və konsaltinq xidmətləri göstərən müstəqil təşkilatdır. Dünya universitetlərinin illik akademik reytinqi (ARVU) şəffaf metodologiya və obyektiv məlumatlar əsasında dünyanın aparıcı universitetlərinin müəyyən olunması məqsədilə 2003-cü ildən nəşr olunur.
Daha ətraflı http://www.shanghairanking.com/ARWU2020.html səhifəsindən tanış olmaq olar.
Tutduğu yer |
Ali məktəbin adı |
Ölkə |
Milli reytinq |
Topladığı bal |
1 |
ABŞ |
1 |
100.0 |
|
2 |
ABŞ |
2 |
74.2 |
|
3 |
Böyük Britaniya |
1 |
70.6 |
|
4 |
ABŞ |
3 |
69.6 |
|
5 |
ABŞ |
4 |
65.8 |
|
6 |
ABŞ |
5 |
61.1 |
|
7 |
ABŞ |
6 |
58.6 |
|
8 |
ABŞ |
7 |
57.7 |
|
9 |
Böyük Britaniya |
2 |
57.2 |
|
10 |
ABŞ |
8 |
54.6 |
|
11 |
ABŞ |
9 |
53.5 |
|
12 |
ABŞ |
10 |
50.4 |
|
13 |
ABŞ |
11 |
50.3 |
|
14 |
Fransa |
1 |
49.6 |
|
15 |
ABŞ |
12 |
48.3 |
|
16 |
Böyük Britaniya |
3 |
46.6 |
|
16 |
ABŞ |
13 |
46.6 |
|
18 |
ABŞ |
14 |
46.3 |
|
19 |
ABŞ |
15 |
46.2 |
|
20 |
İsveçrə |
1 |
46.1 |
|
21 |
ABŞ |
16 |
42.8 |
|
22 |
ABŞ |
17 |
41.0 |
|
23 |
Kanada |
1 |
40.9 |
|
23 |
ABŞ |
18 |
40.9 |
|
25 |
Böyük Britaniya |
4 |
40.3 |
|
26 |
Yaponiya |
1 |
40.1 |
|
27 |
ABŞ |
19-20 |
39.2 |
|
27 |
ABŞ |
19-20 |
39.2 |
|
29 |
Çin |
1 |
38.1 |
|
30 |
ABŞ |
21-22 |
37.6 |
|
30 |
ABŞ |
21-22 |
37.6 |
|
32 |
ABŞ |
23 |
37.4 |
|
33 |
Danimarka |
1 |
36.9 |
|
34 |
Yaponiya |
2 |
36.3 |
|
35 |
Avstraliya |
1 |
36.0 |
|
36 |
Fransa |
2 |
35.5 |
|
36 |
Böyük Britaniya |
5 |
35.5 |
|
38 |
Kanada |
2 |
35.4 |
|
39 |
Fransa |
3 |
35.3 |
|
40 |
ABŞ |
24 |
35.0 |
|
41 |
ABŞ |
25 |
34.9 |
|
42 |
Böyük Britaniya |
6 |
34.7 |
|
43 |
ABŞ |
26 |
34.4 |
|
44 |
ABŞ |
27 |
34.2 |
|
45 |
İsveç |
1 |
33.9 |
|
45 |
ABŞ |
28 |
33.9 |
|
47 |
Böyük Britaniya |
7 |
33.6 |
|
48 |
The University of Texas Southwestern Medical Center at Dallas |
ABŞ |
29 |
33.0 |
49 |
Çin |
2 |
32.4 |
|
49 |
ABŞ |
30 |
32.4 |
|
51 |
Almaniya |
1 |
32.3 |
|
52 |
Niderland |
1 |
31.6 |
|
53 |
ABŞ |
31 |
31.5 |
|
54 |
Almaniya |
2 |
31.4 |
|
54 |
Avstraliya |
2 |
31.4 |
|
56 |
İsveçrə |
2 |
31.3 |
|
57 |
Almaniya |
3 |
30.9 |
|
58 |
Çin |
3 |
30.7 |
|
59 |
İsveçrə |
3 |
30.6 |
|
60 |
Norveç |
1 |
30.3 |
|
61 |
ABŞ |
32 |
30.1 |
|
62 |
ABŞ |
33 |
30.0 |
|
63 |
Çin |
4 |
29.6 |
|
64 |
Böyük Britaniya |
8 |
29.3 |
|
65 |
Fransa |
4 |
29.1 |
|
66 |
Belçika |
1 |
28.9 |
|
67 |
Avstraliya |
3 |
28.8 |
|
67 |
ABŞ |
34 |
28.8 |
|
69 |
Danimarka |
2 |
28.7 |
|
69 |
İsveç |
2 |
28.7 |
|
69 |
ABŞ |
35 |
28.7 |
|
69 |
Niderland |
2 |
28.7 |
|
73 |
Çin |
5 |
28.6 |
|
74 |
Avstraliya |
4-5 |
28.5 |
|
74 |
Finlandiya |
1 |
28.5 |
|
74 |
Avstraliya |
4-5 |
28.5 |
|
77 |
İsveç |
3 |
28.4 |
|
78 |
Kanada |
3 |
28.3 |
|
79 |
ABŞ |
36 |
28.0 |
|
80 |
Niderland |
3-4 |
27.7 |
|
80 |
Niderland |
3-4 |
27.7 |
|
80 |
Sinqapur |
1 |
27.7 |
|
83 |
Yaponiya |
3 |
27.2 |
|
83 |
İsveçrə |
4 |
27.2 |
|
85 |
Avstraliya |
6-7 |
27.1 |
|
85 |
Avstraliya |
6-7 |
27.1 |
|
87 |
Almaniya |
4 |
27.0 |
|
88 |
İsveçrə |
5 |
26.9 |
|
88 |
ABŞ |
37 |
26.9 |
|
90 |
ABŞ |
38 |
26.7 |
|
91 |
Sinqapur |
2 |
26.3 |
|
91 |
ABŞ |
39 |
26.3 |
|
93 |
Rusiya |
1 |
26.2 |
|
93 |
İsrail |
1 |
26.2 |
|
95 |
ABŞ |
40 |
26.1 |
|
96 |
ABŞ |
41 |
26.0 |
|
97 |
Belçika |
2 |
25.9 |
|
98 |
Kanada |
4 |
25.8 |
|
99 |
Fransa |
5 |
25.7 |
|
100 |
Çin |
6 |
25.5 |
Oruc MUSTAFAYEV