Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM)  avqustun 20-21-də  respublikanın 35 şəhər və rayonunda imtahanlar  təşkil olunacaq.

 

DİM bildirir ki, göstərilən tarixlərdə:

 

Bu tarixlərdə keçiriləcək imtahanlarda iştirak edən abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməlidirlər.

 

Qurumdan bildirilib ki,  18 avqust saat 10-a olan məlumata əsasən,  5 minə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.

 

Qeyd edək ki, “İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.

 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

 

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

 

Məlumat üçün bildirilib  ki, avqustun 20-də keçiriləcək imtahanlarda 20100, avqustun 21-də keçiriləcək imtahanlarda isə 16884 nəfər olmaqla, ümumilikdə 36984 abituriyentin  iştirakı nəzərdə tutulur. Bunlardan 30980 nəfər I ixtisas qrupu, 5160 nəfər IV ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 844 nəfər isə II, III və V ixtisas qrupları və 9 illik təhsil bazasında kolleclərə qəbul üçün əlavə xarici dil imtahanını verənlərdir.

 

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.