Uğur qazanan gənclərimizi tanıyaq


Başa vurduğumuz tədris ili ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz bir sıra beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğurlar qazanaraq  öz layiqli töhfələrini  veriblər.  Cari tədris ili  həm də bir sıra xarici universitetlərdə təhsil alan tələbələrimiz üçün də yaddaqalan olub. Öz uğurları ilə diqqətçəkən gənclərimizi oxuculara təqdim edirik.

 

 

Günay Kazımzadə, 

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının məzunu, Dövlət Proqramı təqaüdçüsü

 

2019-2020-ci   tədris   ilində    Almaniyanın   Federal   Təhsil   və   Tədqiqat   Nazirliyi  tərəfindən  Süni  İntellekt   üzrə  ilin gənc tədqiqatçısı mükafatına layiq görülüb. 

 

 

 

 

 

Rüstəm Cəmilov, 

 

Dövlət Proqramı təqaüdçüsü,  Böyük Britaniyanın London Biznes Məktəbinin (LBS) doktorantı

 

2019-2020-ci tədris ilində AQR Aktiv İdarəetmə İnstitutunun London Biznes Məktəbinin aktivlərin idarə edilməsi sahəsində tədqiqatlar aparan istedadlı doktorantları üçün nəzərdə tutulmuş Təqaüd mükafatını qazanıb.

 

 

 

 

 

Abbas Məmmədov,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi

 

Cari tədris ilində Balkan Riyaziyyat Olimpiadasında (BMO) bürünc, Qafqaz Riyaziyyat Olimpiadasında (CMO)  qızıl,   Beynəlxalq Jautikov, Asiya Pasifik Riyaziyyat, Kiber Fəza Riyaziyyat olimpiadalarının  gümüş  medallarına layiq görülüb. Respublika fənn olimpiadalarında fizika üzrə qızıl medal qazanaraq “Birincilərin birincisi”  olub.

 

 

 

 

Murad Ağazadə,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü  liseyin XI sinif şagirdi

 

Cari tədris ilində Beynəlxalq Jautikov, Balkan Riyaziyyat olimpiadalarının gümüş, Qafqaz Riyaziyyat, Beynəlxalq Riyaziyyat, Kiber Fəza Riyaziyyat olimpiadalarının  bürünc medallarını qazanıb. Bu il riyaziyyat üzrə Respublika fənn olimpiadasında qızıl medala layiq görülüb,  “Birincilərin birincisi” olub.

 

 

 

 

Abutalıb Namazov,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi 

 

2020-ci ildə  Qazaxıstanda keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl, Moskvada Beynəlxalq Meqapolis Olimpiadasında  gümüş medallara layiq görülüb.

 

 

 

Murad Eynizadə,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

 

2020-ci ildə  Qazaxıstanda keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında gümüş, Beynəlxalq Meqapolis Olimpiadasında bürünc  medallara layiq görülüb.

 

 

 

 

 

 

 

Əziz Hüseynov,

 

Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

Yeniyetmələrin Avropa informatika, Bolqarıstanda keçirilən IATI-də gümüş, Qazaxıstanda keçirilən beynəlxalq Jautikov olimpiadasında bürünc medallar qazanıb. Cari tədris ilində Respublika fənn olimpiadalarında informatika üzrə qızıl medala və   “Birincilərin birincisi” adına layiq görülüb.

 

 

 

 

 

Əjdər Fərzullazadə,

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi

 

Cari tədris ilində keçirilən Respublika fənn olimpiadalarında biologiya üzrə qızıl medala layiq görülərək “Birincilərin birincisi” nominasiyasını qazanıb. 54-cü Mendeleyev Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb.

 

 

 

 

Ziya Rəsulzadə, 

 

Oğuz rayonu  Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 

2019-2020-ci tədris ilində  Respublika fənn olimpiadalarında coğrafiya üzrə qızıl medal qazanaraq “Birincilərin birincisi” nominasiyasının qalibi olub.

 

 

 

 

Məhəmməd Yusifov,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif sagirdi

 

Cari tədris ilində Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jautikov, IV  Avropa Fizika olimpiadalarında bürünc medallar qazanıb.  Bu il Respublika fənn olimpiadalarında fizika üzrə qızıl medal qazanaraq “Birincilərin birincisi”  olub.

 

 

 

Uğur  İlyaslı,

 

Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

2019-2020-ci tədris ilində Respublika fənn olimpiadalarında tarix üzrə qızıl medala layiq görülüb,  “Birincilərin birincisi”  nominasiyasını qazanıb.

 

 

 

 

Sədiyar Qafarov,

 

Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdi

 

Cari tədris ilində Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında bürünc medal qazanıb. Respublika fənn olimpiadalarında biologiya fənni üzrə qızıl medal qazanıb və  “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

 

 

 

 

Hüseyn Mehdiyev,

 

Bakı şəhəri 151 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 

Bu il keçirilən Respublika fənn olimpiadalarında qızıl medal qazanaraq “Birincilərin birincisi”  nominasiyası üzrə qalib elan olunub.

 

 

 

 

 

 

Əkbər Vahablı,

 

Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi

 

Bu il keçirilən Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medal qazanıb, “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

 

 

 

 

 

Fərid İsmayılov,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi

 

Cari tədris ilində Kiber Fəza Riyaziyyat Olimpiadasında (Cyberspace Mathematical Competition) bürünc medal qazanıb.

 

 

 

Toğrul Abbasov,

 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX  sinif şagirdi

 

2020-ci ildə  Qazaxıstanda keçirilən 16-cı Beynəlxalq Jautikov, Kiber Fəza Riyaziyyat olimpiadalarında (Cyberspace Mathematical Competition) bürünc medallar qazanıb.

 

 

 

 

 

 

 

 

 

Yusif Qasımov,

 

Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

 

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasında (Cyberspace Mathematical Competition) bürünc medal qazanıb.

 

 

 

 

Fidan Qarayeva,

 

Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi

 

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasında (Cyberspace Mathematical Competition) bürünc medal qazanıb.

 

 

Aysun Bayramlı,

 

Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi

 

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasında (Cyberspace Mathematical Competition) bürünc medal qazanıb.

 

 

 

Xanım Yaqublu,

 

Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi

 

Cari tədris ilində Yeniyetmələrin XVI Beynəlxalq Elm, 54-cü Mendeleyev Beynəlxalq Kimya olimpiadalarının gümüş  medallarına layiq görülüb.

 

 

 

 

 

 

Oruc MUSTAFAYEV