Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

 

AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

 

O bildirib ki, qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq.