23-29 iyul 2020-ci il tarixlərində kimya fənni üzrə virtual şəkildə 52-ci Beynəlxalq kimya olimpiadası (IChO 2020) keçirilib.
60 ölkə və 235 məktəblinin qatıldığı bu olimpiadada iştirak edən məktəblilərimiz yeni uğura imza atıblar.
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqublu gümüş medal, həmin liseyin XI sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medala layiq görülüb.