Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı üzrə magistri ABŞ-ın Linkoln universitetində ikili diplom proqramında iştirak edir.
Ali məktəbdən bildirilib ki, UNEC Biznes Məktəbində Layihələrin idarə edilməsi ixtisası üzrə ingilis dilində magistr təhsili alan Aygül Məmmədli UNEC ilə ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramı çərçivəsində 2 il müddətində Amerikada təhsilini davam etdirəcək.
Hazırda San-Fransisko şəhərində olan A.Məmmədli Linkoln Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alacaq. O, təhsil almaqla yanaşı, Amerikada işləmək hüququ da əldə edib.