13-18 iyul 2020-ci il tarixlərində virtual olaraq 54-cü Mendeleyev Beynəlxalq Kimya Olimpiadası keçirilib.
27 ölkədən məktəblilərin qatıldığı bu bilik yarışında Azərbaycan şagirdləri də iştirak edib və yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Xanım Yaqublu olimpiadanın gümüş, həmin liseyin 11-ci sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medalına layiq görülüblər.