Amerika kollecləri və universitetlərinin  minlərlə müəllimi öz təhsil müəssisələrinin administrasiyasına xəbər veriblər ki, onlar  koronavirus pandemiyası şəraitində dərs məşğələlərini bərpa etməyə və mühazirələr oxumağa hazır deyillər.

 

Pensilvaniya Dövlət Universitetində minə yaxın müəllim onların  "mühazirə oxumaq və görüşlər keçirmək haqqında qərarın qəbul edilməsi" hüququnu təsdiq etmək tələbi ilə bu təhsil müəssisəsinin rəhbərliyinə açıq məktub ünvanlayıb.   "Nyu York Times" qəzetinin məlumatına əsasən,  müəllimlər tədrisin  məsafədən təqdim olunması  və öz sağlamlıq  vəziyyətlərinə dair məlumatların açıqlanmamasını da  tələb edirlər.

 

Qəzetin məlumatına görə, İllinoys Universitetində müəllimlər ali məktəbin administrasiyasına ünvanladıqları oxşar müraciətlərində qeyd ediblər ki, 50 min tələbədən koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan sanitariya qaydalarına ciddi riayət etməsini gözləmək qeyri-real olardı.  Corciya Dövlət Texnologiya Universitetində müəllimlərə "mühazirələrin məsafədən oxunması" hüququnun yalnız 65 yaşdan yuxarı heyət üzvlərinə və ya xroniki xəstəlikləri olan müəllimlərə verildiyi  bildirilir.

 

Qəzet yazır ki, bir sıra təhsil müəssisələrinin administrasiyalarında müəllimləri  əmin ediblər ki, yeni dərs ilinin başlanmasına qədər orada bütün lazımi ehtiyat tədbirləri görüləcək.  Universitet rəhbərliyində tələbələrin əksəriyyətinin və müəllimlərin böyük hissəsinin əyani təhsil formasına qayıtmaq istədiklərini də təsdiq ediblər.

 

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarında deyilir ki,  "koronavirus statistikasını" aparan Con Hopkins Universitetinin hesabatına  görə, ABŞ-da  yeni tipli koronavirus yoluxması ilə 2,74 milyondan çox hal aşkar edilib. Virusa yoluxmuş  128,7 mindən çox insan vəfat edib,  ölənlərin sayı Nyu- York ştatında  daha çox -32 064 nəfərdir.

 

Oruc MUSTAFAYEV