İyulun 1-də "Virtual məktəb" platforması üzərindən şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar təşkil ediləcək. 

 

Vebinarın bu dəfəki mövzusu "Minecraft ilə Öyrən"dir. Vebinar ərzində "Minecraft" təhsil platformasının lisenziyalarının şagirdlərə verilməsi prosesindən söhbət açılacaq. Bu təhsil platformasının şagirdlərdə formalaşdırdığı bacarıqlar barədə müzakirə aparılacaq.

 

Bildirək ki, sözügedən təhsil platforması şagirdlərdə bloklar və digər alətlərdən istifadə edərək öz dünyalarını inşa etmək imkanı yaradır. Həmçinin, şagirdlər öz sinif yoldaşlarıyla birgə öyrənə və yaratdıqları portfolioları nümayiş etdirə bilərlər.

 

Keçid linkinə daxil olaraq 1 iyul saat 17:00-da vebinarı canlı şəkildə izləyə bilərsiniz: https://bit.ly/2YJRgDX