Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələr beynəlxalq tələbə mobilliyi sahəsində daha çox üstünlüyə malik olan ABŞ və Böyük Britaniyanı sıxışdırır.  

 

Böyük Britaniyanın "Times Education"  dərgisinin məlumatına əsasən,  "EY"  Beynəlxalq konsaltinq şirkətinin keçirdiyi rəy sorğuları bunu deməyə əsas verir.  Sorğuların  yekunlarına əsasən, hazırlanmış hesabatda  qeyd olunur ki,  COVID-19-un nəticələrinin aradan qaldırılmasına daha yaxşı müvəffəq olan Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələr daha çox əcnəbi tələbə qəbul edəcək.

"EY"  mütəxəssisləri tərəfindən aparılan təhlil göstərir ki, Yeni Zelandiya bütün dünyada pandemiyanın təsirini sürətlə zəiflətdiyinə görə mobil tələbələrin sayını əlavə olaraq 1 faiz - 10 000 - ə yaxın artıracaq.
Epidemiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdıran Avstraliya da əcnəbi tələbələrin sayını 2 faiz artıracaq. Ölkənin federal təhsil naziri Den Tehan artıq bu barədə açıqlama ilə çıxış edib:  "Biz əcnəbi tələbələrin geri qaytarılması istiqamətində ilk ehtiyatlı addımlar atırıq. Çünki beynəlxalq təhsil dünyanın qalan hissəsi ilə əlaqələrimizi möhkəmləndirir".

 

"EY"  öz hesabatında 40000-dən çox potensial beynəlxalq tələbə sorğularının nəticələrini ümumiləşdirib. Hesabat pandemiyanın davam etmə müddətindən asılı olmayaraq, beynəlxalq tələbə axınlarının bütövlükdə nikbin mənzərəsini ortaya qoyur.

 

Hesabata əsasən, bu il əcnəbilərin daha çox can atdığı 5 ölkədə 330 000-ə yaxın əcnəbi tələbə təhsil alır (2019-cu ildə 1,09 milyon).  Lakin pandemiya səbəbindən bu il tədqiqatlarını təxirə salan 1,85 milyon nəfər  2021-ci ildə  öz tədqiqatlarını bərpa edəcəklər.

 

Növbəti üç il ərzində yeni əcnəbi tələbələrin sayı  hətta pandemiyanın nəticələri yaxın on il ərzində qalsa belə 1,1 milyon və ya daha çox olacaq.

 

COVID -19-un bütün dünyada möhkəmlənməsi ilə əlaqədar nikbin proqnozlar tələbələrin tez bir zamanda uyğunlaşmasını nəzərdə tutan sorğunun nəticələrindən irəli gəlir. Fevral ayında sorğu edilən tələbələrin, təxminən 10 faizi təhsil planlarını ləğv etdiyini, yalnız 37 faiz təhsilin təxirə salınmasının mümkünlüyünü nəzərdən keçirdiyini bildirib.

 

Aprel ayına qədər bu göstərici 65 faiz səviyyəsinə yüksəlib və  daha 30 faiz təhsil planlarını  başqa yollarla  dəyişməyə hazır olduğunu  söyləyib. Yalnız 5 faiz bildirib ki, onlar öz beynəlxalq tədqiqatlarından imtina edəcəklər.

 

Hesabatda, həmçinin hinddilli tələbələrin davamlı axınından bəhs olunur.  Sorğular potensial Hindistan tələbələrinin əksəriyyətinin xaricdə elmi dərəcə almaq üçün   çalışdıqlarını göstərir.

 

"EY " qeyd edir ki, bu cür vəziyyət Böyük Britaniyaya kömək edə bilər. Aprel ayında Hindistan tələbələri tərəfindən Britaniyda  təhsilə  maraq bir il əvvəlkindən  daha yüksək idi. 

 

Çinli  tələbələrdən daha çox  Zelandiya və Avstraliya faydalana bilər. Lakin məruzədə bildirilir ki,  Kanada pandemiyanın öhdəsindən çox pis gələn Cənub qonşusu -  ABŞ  hesabına dünya beynəlxalq təhsil bazarının əlavə 6 faizini əldə edəcək.
 

Hesabatda xüsusilə doktorantura təhsili sahəsində  beynəlxalq proqramların  daha çox sıçrayışı  proqnozlaşdırılır - cari tələbələr tənəzzül keçirən əmək bazarında öz şansını sınamaq əvəzinə, təhsillərini davam etdirməyə üstünlük verirlər.

 

Lakin bakalavriat səviyyəsinə  qəbul yavaş-yavaş bərpa olunacaq, qismən ona görə ki,  dünyanın bir çox yerlərində buraxılış imtahanları  təxirə salınıb.

 

Hesabatda qeyd olunur ki, əcnəbi tələbələrin rəqəmsal təhsilə marağı sürətlə artıb.  Bu, xüsusən də "böyüyən aşağı orta sinif" üçün ali təhsil xidmətləri  sahəsində yeni bazarlar aça bilər.

 

Oruc MUSTAFAYEV