Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Save Tekstil” MMC ilə birgə başladığı tibbi maska istehsalı uğurla davam etdirilir.
İstehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılıb. İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu 2 növbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir.
İlkin istehsal dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 000 maskadan 50 000 maskaya çatdırılıb. Yaxın zamanlarda günlük istehsal gücünün 80 000 maskaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldilib. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.