"Siz təhsil sahəsində ən innovativ ölkələrdən birisiniz. Biz bu işi davam etdirmək istərdik".

 

Bu sözləri "Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə “Multicountry” klasterinin baş meneceri Anke den Ouden iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən videokonfrans zamanı deyib. 

 

Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqdan danışan, təmsil etdiyi şirkət tərəfindən hazırlanan innovasiyalar barədə məlumat verən  Anke den Ouden "Teams” proqramının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayıb:" Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadiqik, eyni zamanda, “Teams” proqramının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük".