2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.

 

Məktəb idarəçiliyinə gəldikdə isə, 2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

 

12 direktorun iş yeri dəyişdirilib.

 

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

 

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində artılıb.

 

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

 

2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

 

Bu barədə BŞTİ-dən məlumat verilib.