Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərmiş məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. BŞTİ-dən bildirilib ki, Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.