322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait

 

2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

 

Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

 

2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7233214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.

 

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

 

 

Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb

 

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

 

 

 Elektron dərslik portalından istifadə sayı iki dəfə artıb

 

2019-2020-ci ildə Təhsil Nazirliyinin  www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1 103 257, portala ümumi daxilolma sayı 3 102 531, səhifələrə ümumi baxış sayı isə 22 466 350 olub.

 

Müqayisə üçün deyək ki, ötən tədris ilində bu rəqəmlər müvafiq olaraq 704 470, 1 869 193, 13 599 894 təşkil edib. www.video.edu.az  portalında videolara baxış sayı 383 948 dəfə olub.