Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Türkiyənin Milli Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində onlayn görüş təşkil edilib.

 

Təhsil Nazirliyi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Texniki və Peşə Təhsili İdarəsi, bir sıra peşə təhsili müəssisələrinin nümayəndələri videokonfrans formatında təşkil edilən görüşə qatılıblar.

 

Görüş zamanı peşə təhsili sahəsində iki ölkə arasında hazırkı əməkdaşlıq vəziyyəti, qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığa töhfəsi, ötən ilin oktyabr ayında Türkiyə Respublikası Milli Təhsil nazirinin ölkəmizə səfəri zamanı ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi məsələlərinə toxunulub. Görüşün əsas mövzusu iki ölkənin təhsil nazirlikləri arasında peşə təhsili sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından ibarət olub. Tərəflər peşə təhsilinin inkişafı ilə bağlı birgə layihələrin reallaşdırılması imkanlarını vurğulayıb və  perspektivlərini müzakirə ediblər.