Azİİ e-Kitab Evinin qeydiyyata düşmüş hər bir oxucusu onlara verilən  istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq çap məhsulları, giriş imkanları mövcud olan beynəlxalq kitabxana, həmçinin nəşriyyatların bazalarından faydalana biləcəklər. Belə ki, oxucunun kitab evinin bazasından seçdiyi və elektron varinatı olan çap məhsulunun,  beynəlxalq elektron resursların müəyyən bir həcminin müəllif hüquqları qorunmaq şərtilə tələbənin elektron poçtuna göndəriləcək.  

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, bu proses Azİİ e- Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusuna şamil edilir. Digər qeydiyyatdan keçməyən tələbələr isə library@asoiu.edu.az elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər.

 

Həmçinin oxucular pandemiya dövründə Azİİ e-Kitab Evinin qoşulduğu beynəlxalq elektron bazaların bir çoxunun verdiyi evdən giriş imkanlarından da yararlana biləcəklər. Oxucular aşağıda göstərilə linkər vasitəsilə həmin bazalara giriş edə biləcəklər.

 

www.elibrary.imf.org

Polpred.com

https://www.onepetro.org/

 

Digər nəşriyyat bazası olan EBSCO beynəlxalaq elektron nəşriyyat bazasına isə iyun ayının 16-dan etibarən 3 aylıq evdən giriş imkanı veriləcək. (http://search.ebscohost.com)