Təhsil Nazirliyinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə olunmasına dair onlayn sorğu keçirilib.
Nəticələrə əsasən, sorğuda iştirak edən şəxslərin 16597 nəfəri məlumatları Təhsil Nazirliyinin rəsmi internet saytı, 2617 nəfəri “Facebook” səhifəsi, 2932 nəfəri “Instagram” hesabı, 151 nəfəri “Twitter” hesabı, 931 nəfəri isə nazirliyin “Telegram” kanalı vasitəsilə əldə edir.
2565 nəfər sorğu iştirakçısı məlumatları digər xəbər saytlarından, 3083 nəfər isə dostlardan əldə etdiyini qeyd edib.