Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı şagirdlər proqramlaşdırma sahəsində 5000, dayanıqlı inkişaf nominasiyası üzrə 1000 dollar dəyərində mükafat qazanıblar.
Müsabiqəyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar.