Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı - PISA (Program for International Student Assessment) təhsilalanlar arasında apardığı mütəmadi tədqiqatların əhatə dairəsini daha bir modulla genişləndirməyə hazırlaşır.  Koronavirus böhranı göstərdi  ki,  sosial və emosional səriştələr də məktəblilərin gündəlik həyatında əhəmiyyətli rol oynayır.  Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD)  Təhsil və bacarıqlar departamentinin rəhbəri Andreas Şlyaxer bildirib. O  qeyd edib ki, gələcək tədqiqatlarda şagirdlərin sosial səriştələri də beynəlxalq qiymətləndirilməyə cəlb olunmalıdır: "Bu, gələcək tədqiqatlarda nəzərə alınmalıdır.  Yeni modul müəllimlər arasında, şagirdlərlə məktəb arasında olan münasibətləri əhatə edir ki, onlar da koronavirusa görə dəyişib”.

 

Qeyd edək ki, OECD 2000-ci ildən başlayaraq, hər 3 ildən bir şagirdlərin qiymətləndirilməsini həyata keçirir. Növbəti qiymətləndirilmənin 2021-ci ilə keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, Azərbaycan məktəblilərinin 2006-cı ildən iştirak etdiyi PISA proqramı  müxtəlif öl­kə­lə­rin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır.

 

Oruc MUSTAFAYEV