Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır. Belə ki, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

 

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə  keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

 

Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib.  Mayın 7-dən etibarən isə digər şəhər  və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.