Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) buraxılış işlərinin onlayn müdafiəsinə start verilib.
Ali məktəbdən bildirilib ki, V kurs tələbələri buraxılış işlərini, magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə edirlər. Müdafiə prosesisi “MS Teams” onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olunub.
2019/2020-ci təhsil ilində tədris planının bütün şərtlərini yerinə yetirən və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçən Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələrinin buraxılış işlərinin müdafiəsi davam edir.
Eyni zamanda, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının Texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşması üzrə təhsil alan II kurs magistratura tələbələri də dissertasiya işlərini onlayn formada müdafiə edirlər.
Sonda tələbələr professor-müəllim heyətinin suallarını cavablandırırlar.
Qeyd olunub ki, tələbələr uzun müddət elmi rəhbərləri ilə birgə dissertasiya işlərinin hazırlanması yönündə birgə işləyiblər.