Rusiya Federasiyasının Maarif Nazirliyi koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün regionlara,  məktəblərə son zəng  və məzun günlərinin onlayn rejimdə keçirilməsini tövsiyə edib. TASS agentliyinin məlumatına əsasən,  bu barədə  nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

"Yaranmış epidemioloji duruma görə və insanların kütləvi toplaşmasının qarşısını almaq məqsədi ilə Maarif Nazirliyi regionlara son zənglərin və buraxılış gecələrinin virtual olaraq onlayn rejimdə keçirilməsini tövsiyə edib",-deyə məlumatda bildirilir.

 

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov koronavirus səbəbindən universitetlərdə buraxılış gecələrinin distant formatda keçirilməsini təklif edib.

 

"Tələbələrin buraxılış tədbirindən kənarda qalmasına yol vermək olmaz. Təhsil və Elm Nazirliyi Rusiya Rektorlar İttifaqı və "Rusiya - imkanlar ölkəsi" Prezident platforması ilə birlikdə bu il ilk dəfə olaraq bütün ali məktəblərin Ümumrusiya buraxılış tədbirinin onlayn keçirilməsini təklif edir.  Biz əminik ki, buraxılış nəinki parlaq və yaddaqalan olacaq, həm də ali təhsil müəssisələrinin qüvvələri birləşdirmək qabiliyyətini bir daha nümayiş etdirəcək", - deyə V.Falkov bildirib.

 

tass.ru/obschestvo/8462839

 

Oruc MUSTAFAYEV