Ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış edib.
Onlayn konsertdə ümummili liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.