Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyev və dosenti Vüqar Mehrabovun həmmüəllifi olduqları "Convergence of eigenfunction expansions for a boundary value problem with spectral parameter in the boundary conditions. I, II" ("Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sərhəd məsələsinin məxsusi funksiyaları üzrə ayrılışların yığılmaları haqqında. I, II") adlı məqalələri "Differential equations" ("Differensial tənliklər") Beynəlxalq jurnalının II və III nömrələrində dərc olunub.

 

Bu barədə BDU-dan bildirilib. Qeyd olunub ki, 1965-ci ildən nəşr olunan "Differential Equations" jurnalı differensial tənliklər sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından biridır, impact factoru 0.659-dur Journal Citation Reports®, Clarivate Analytics 2019). 

 

Məqalələri oxumaq üçün bu  linklərə keçid etmək olar:

  1. https://link.springer.com/article/10.1134/S0012266120020019
  2. https://link.springer.com/article/10.1134%2FS0012266120030015