Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyətini distant şəkildə davam etdirir.
Universitetdən bildirib ki, mərkəz memarlıq fakültəsinin tələbələri üçün Parklet və Liqo müsabiqəsi keçirməyə hazırlaşır. Müsabiqənin videokonfransı Zoom platforması vasitəsi ilə 24-25 aprel tarixlərində saat 14:00-da keçiriləcək. Mərkəzin direktoru Fərid Kərimov müsabiqənin şərtləri ilə bağlı tələbələrə onlayn şəkildə təlimatlar verib.
Planlaşdırılan müsabiqədə məqsəd tələbələrin dizayn və memarlıq bacarıqları, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, bunun üçün də onların real layihələrdə iştirakını təşkil etmək, həmçinin ərazilərin abadlaşdırılması ekoloji mədəniyyətini formalaşdırmaqdır.