Bakı məktəblisi yeni formada tozsoran modeli hazırlayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 161 nömrəli tam orta məktəbin I sinif şagirdi Məhəmməd Vəlilinin valideyninin dəstəyi ilə hazırladığı qurğu təmizləmə funksiyasını icra edir. Karton qəfəs üzərində yığılan elektrik cihazı kiçik həcmli təmizləmə işlərində səmərəli ola bilər.

 

Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə cizgi filmi qəhrəmanı "Wall-E"nin maketini hazırlayıb. O, hazırda vertolyot maketi üzərində çalışır.

 

M.Vəlilinin boş vaxtlarında müxtəlif ev əşyalarının mexanizmini dərindən öyrənərək onu uğurla tətbiq etməsi şagirdin texnologiya və robototexnikaya olan marağından irəli gəlir.