Niderlandda keçirilməsi planlaşdırılan  IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) Covid-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.

 

Builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı,    Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib. 

 

Olimpiada 21 aprel tarixinədək davam edəcək. 

 

Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir ki bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib.