Tələbələr müəllimlərə kömək edəcək
Rusiyanın maarif naziri Sergey Kravtsov "Maarifin könüllüləri" layihəsinin başlandığını bəyan edib. Layihə çərçivəsində rusiyalı könüllülər məsafədən təhsil texnologiyaları ilə işləməkdə çətinlik çəkən müəllimlərə kömək edəcəklər. Bu barədə Rusiya Maarif Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Layihənin həyata keçirilməsində müxtəlif regionların pedaqoji ali məktəblərinin yuxarı kurs tələbələri iştirak edəcəklər.
Sergey Kravtsov bildirib ki, heç də bütün müəllimlər dərsləri məsafədən geniş şəkildə keçməyə hazır deyil, odur ki, onlara dəstək vermək və bu təcrübələrinin çevik artırılmasını təmin etmək üçün belə bir qərar qəbul edilib. Onun sözlərinə görə, artıq regionlardakı bir sıra pedaqoji ali məktəblər bu təşəbbüsün reallaşdırılmasına başlayıb.
Oruc MUSTAFAYEV