Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib. Müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.
Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.
Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.
İkili diplom proqramı ilə bağlı ətraflı məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.