Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Həsrəddin Quliyevin “COVID-19-un ərazi üzrə yayılma təsirlərinin məkan panel verilənlər modeli ilə müəyyən edilməsi” (“Determining the Spatial effects of COVID-19 using Spatial Panel Data Model”) araşdırması "Web of Science" və "Scopus" bazasına daxil olan və Q1-də sıralanan Elsevier imzalı "Spatial Statistics" elmi jurnalında dərc olunub.
UNEC-dən bildirilib ki, gənc alim araşdırmasında Çinin 31 regionunda 22 yanvar-10 mart tarixləri arasında (49 günlük) gerçəkləşən COVID-19-dan sağalma və ölüm faizlərinin yeni virusa yoluxanlar faizinə olan təsirini 2 istiqamətdə- əraziyə görə və zamana təsiri baxımından analiz edib.
Araşdırmanın nəticəsinə görə, regionda ölümün 1% artımı həmin regionda yoluxma sayını 32% artırır, sağalma faizində 1% artım isə yoluxma sayını 0.7% azaldır. Alim ölüm və sağalma faizinin artımının bölgələrdə yoluxma sayına təsirini də araşdırıb.