Norveç hökuməti aprelin 20-dən uşaq bağçalarının açılması barədə qərarını elan edib. Aprelin 27-dən isə ölkədə şagirdlərin məktəblərə qaytarılmasına başlanılacaq. Bu, koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq üçün atılan ilk addımlardandır.
Bəyanat qonşu Danimarkada qəbul edilən analoji qərarların ardınca verilib.
Çünki Danimarka aprelin 15-də uşaq bağçaları və məktəbləri açmağı planlaşdırır.
Norveçin Baş naziri Erna Sulberq bildirib ki, hakimiyyət yaydan əvvəl şagirdləri məktəbə qaytarmaq niyyətindədir. Uşaq bağçaları aprelin 20 – dən, məktəbin ibtidai sinifləri (11 yaşa qədər olan uşaqlar) aprelin 27-dən şagirdlərin qəbuluna başlayacaq.
"The Local" qəzetinin yazdığına görə, yuxarı siniflərin şagirdləri yazdan əvvəl dərsə başlayacaqlar. Norveçdə təhsilini bitirmək üzrə olan və fiziki iştirakı dərslərdə tələb olunan tələbələr də məktəblərə qayıda biləcəklər. Məsələn, söhbət tibb ixtisaslarının məzunlarından gedir.
Aprel ayının sonlarında bərbərxanalar və virusun yayılmasının qarşısını almaq məqsədilə bağlanan digər müəssisələr də işə başlaya biləcəklər. Mədəni, idman və digər tədbirlərə qadağa isə iyunun 15-dək uzadılıb.
Oruc MUSTAFAYEV