Məzunlara attestat karantin dövründəki fəallıqları nəzərə alınaraq veriləcək


Qeyri-adi addımın səbəbi  aydındır: karantin ölkədə hökm sürən COVID-19 epidemiyası ilə bağlıdır.  Fransada hesab edirlər ki, karantin aprelin sonuna kimi davam edəcək  və ya  bu müddət artırıla  bilər.   740 min fransalı şagird illik orta müvəffəqiyyət  göstəricilərinə əsaslanan attestatlara sahib olacaqlar  (və ya olmayacaqlar).

 

Yalnız bir  fənn üçün istisna var- şifahi fransız dili.  Bu imtahanı, çox güman ki, iyun ayının son günlərində vermək lazım olacaq.
Fransanın təhsil naziri Jan - Mişel Blankerin ümid etdiyi kimi, dərslər mayın 4-də bərpa olunsa, həm məzunların iki rüb üzrə aldığı qiymətlər, həm də üçüncü rüb (yanvar-mart) nəticələr, amma bu nəticə  qismən nəzərə alınacaq.

 

Belə olan təqdirdə üçüncü rübün, eləcə də sonuncu- dördüncü rübün qiymətləndirilməsi kənarda qalacaq.  J. Blankerin vəd etdiyi kimi, şagirdlərin məsafədən təhsil şəraitində əməksevərliyi və motivasiyası (və ya onların olmaması) nəzərə alınacaq, bu isə fənn müəllimlərinin rəyi əsasında formalaşacaq. Çalışqan və daha fəal şagirdlərin orta balları artacaq,  tənbəl və passivlərin isə balları aşağı olacaq.
 

Aydındır ki, nazirlik bu yanaşma ilə öz qarşısına müəyyən məqsəd qoyur: uşaqlar, dərslərinizi  davam etdirin, rahatlaşmayın!

 

Məzunların sonuncu qiymətləndirməsini Təhsil Nazirliyinin əməkdaşlarından və müəllimlərdən  təşkil olunan xüsusi komissiya müəyyən edəcək. Orta bal toplaya bilməyən məktəb məzunları daha sonra adi şəraitdə  - iyul ayının sonunda və ya artıq sentyabr ayında təkrar  imtahan verməli olacaqlar.

 

Oruc MUSTAFAYEV