YUNESKO yeni hakaton layihəsinə başlayır


YUNESKO  dünyanın IBM və SAP kimi iri şirkətləri ilə əməkdaşlıq çərçivəsində  COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün rəqəmsal həllərin inkişafında gənc innovatorlara, məlumat tədqiqatçılarına və dizaynerlərə dəstək vermək üçün "CodeTheCurve" hakaton müsabiqəsinə başladığını elan edib.

 

Bu günə qədər minlərlə insanın sağlamlığına dəhşətli təsiri ilə yanaşı, COVID-19 böhranı  etibarlı informasiya mübadiləsindən təhsilə qədər cəmiyyətə dərin təsir göstərir.  Eyni zamanda məktəblərin bağlanması hazırda bütün planetdə 1,5 milyarddan çox şagirdin təhsilini pozur. 

 

"Bu, görünməmiş qlobal böhranın həlli bizim hamımızın kollektiv təcrübə və təxəyyülünü tələb edəcək",-deyə YUNESKO-nun baş direktoru Odri Azule yeni təşəbbüsün təqdimatı zamanı bildirib. "Biz texnologiyaların  pandemiya ilə mübarizədə bizə kömək edəcəyini bilirik, bütün dünyada yeni və innovativ ideyaları olan gənc oğlan və qızlar var, lakin onlara bu işin sonuna çatmaq üçün dəstək lazımdır.  Bu hakaton vasitəsilə tərəfdaşlarımızla  əməkdaşlıq etməklə,   ideyaları bir reallığa çevirməyə ümidlüyük”, -o, daha sonra belə söyləyib. 
"CodeTheCurve"   ideya video müsabiqəsindən başlayaraq,  iki mərhələdə təşkil edilir, bundan sonra 40 seçilmiş komanda arasında hakaton müsabiqəsi təşkli olunur.

 

Hakaton 30 aprel 2020-ci il tarixinə qədər davam edəcək.  İştirakçı komandalar üç əsas mövzudan biri üzərində çalışacaqlar:

 

1) davamlı təlimin təmin edilməsi

2) verilənlərin və informasiyaların idarə edilməsi 

3) bu gün və gələcək: cəmiyyət və səhiyyə problemləri.

 

"Hazırkı ağır dövrdə bizə  gənc ixtiraçıların  imkanlarını genişləndirmək, onları  bu böhranın həlli üçün axtarışa cəlb etmək lazımdır" ,-deyə SAP -ın həmtəsisçisi Kleyir Gillissen-Duval   bildirib.

 

"CodeTheCurve" təşəbbüsü  gənclər üçün rəqəmsal və peşəkar bacarıqların inkişafı üzrə YUNESKO-nun  çoxdankı səylərinə əsaslanır.

 

Oruc MUSTAFAYEV