Dünya əhalisinin əhəmiyyətli bir hissəsi hazırda koronavirus pandemiyasının qarşısını almaq üçün özünütəcrid şəraitində yaşadığından işləmək, ünsiyyət qurmaq və sevdikləri ilə əlaqə saxlamaq üçün texnologiyalara müraciət edir.
Ümumdünya İqtisadi Forumu-nun məlumatına əsasən, iş yerlərində kommunikasiya vasitələri kimi istifadə olunan "Slack" və bu kimi digər komandalar sürətli tətbiq imkanları qazanıb. Çünki son həftələr ərzində evdə iş yeni bir normaya çevrilib. İnsanlar da öz şəxsi həyatlarında oxşar vasitələrdən istifadə edirlər, lakin bu, video-çat proqramları üçün tətbiqlərin hədsiz yüklənməsinə gətirib çıxarır.
Yoxlanılmış məlumatlara əsasən, Skype, Houseparty və Zoom tətbiqlərindən hər biri üzrə qlobal yükləmələr mart ayında 100 faizdən çox artıb. Sonuncu isə praktik olaraq ev şəraitində qalan insanlar arasında xüsusilə məşhurlaşıb. Mart ayında bu videokonfranslar üçün tətbiqlər 27 milyon dəfə (yanvar ayı ilə müqayisə et: 2,1 milyon dəfə!) yüklənib.
Zoom, əlbəttə ki, video-çat tətbiqləri arasında parlayan bir ulduz olsa da, Skype aktiv istifadəçilər baxımından öndədir. Dəqiq məlumatlara görə, Microsoft-a məxsus olan xidmət mart ayında iOS və Android tətbiqlərində 59 milyon gündəlik aktiv istifadəçiyə sahib olub; Zoom-un isə aktiv istifadəçiləri 4.3 milyon təşkil edib.
Qeyd etmək lazımdır ki, bir çox insanlar Skype-dan digər ünsiyyət yolları üçün də istifadə edirlər. Zoom isə video konfranslar üzrə ixtisaslaşıb, buna görə də bu, heç də ədalətli bir müqayisə ola bilməz.
Oruc MUSTAFAYEV