Dünyanın ixtisas hazırlığı üzrə ən effektiv universitetləri


Qlobal dünyanın trendləri  universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi  mühüm vəzifələr qoyur.  Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu deyil,  daha çox keyfiyyətli  təhsil maraqlandırır.  Elə  qlobal əmək bazarında öz korrektələrini edən işəgötürənlər də bunu tələb edir. Beləliklə,  hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?

 

Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 10-cu reytinqi (QS World University Rankings by Subject 2020)  bu suallara cavab tapmağa imkan verir.   Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün  çox qiymətli  resurs rolunu oynayır.  Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.

 

QS-in 2020-ci  ilin reytinqinə  dünyanın 83  ölkəsindən 1368  ali məktəb cəlb olunub.  Tədqiqatda ali məktəblərin 5 istiqamətdə 48 fənn  üzrə mövqeyi əks olunub. Tədqiqat gedişində bütün dünya üzrə 95  min alimin bir milyondan artıq rəyi nəzərə alınıb.  22 milyon elmi məqalə və  onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 45 min işəgötürən arasında sorğu keçirilib.  Tədris olunan hər bir  fənn  üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri,  elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.

 

İşəgötürənlərdən məzunların işə qəbulu üçün əla hesab etdikləri 10-a qədər yerli və 30 əcnəbi ali məktəbin müəyyənləşdirilməsi xahiş olunub. Onlardan  həm də  işə götürməyə üstünlük verdikləri fənlərin  müəyyənləşdirmələri istənilib.

 

Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.

 

Reytinq universitetin təhsil sahəsində güclü tərəflərini və akademik birliyin, işəgötürənlərin sorğularına və araşdırmaların təsirinin qiymətləndirilməsinə əsaslanan elmi araşdırmaları əks etdirir.

 

Massaçusets Texnologiya İnstitutu hər hansı digər ali təhsil müəssisəsindən  daha çox- 12 fənn üzrə dünya lideridir. Harvard Universiteti 11, Oksford Universiteti isə 8 fənn üzrə birincidir.  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti beş fənn sahəsindən dördü, 13 ayrı-ayrı fənn istiqaməti üzrə dünyanın top-100 ən güclü ali məktəbi arasına daxil olaraq, tarix boyu ən yaxşı göstəriciyə nail olub.

 

Reytinqin əsas nəticələri:

 

 

  • * ABŞ-ın ali təhsil sistemi geriləmə vəziyyətindədir. Amerika universitetləri tərəfindən təklif olunan ixtisas istiqamətlərinə görə ilk top-50-likdə yer  alan proqramların sayı 2018-ci ildəki 806-dan 2020-ci ildə 769-a düşüb;
  • * Amerika ali təhsil müəssisələri tərəfindən təklif olunan top-10, top-100 və top-200-lükdə yer alan proqramların  sayında da azalmalar var;
  • * Birləşmiş Krallığın universitet proqramları illik yaxşılaşma səviyyəsini (238-dən 306-ya) artırıb;
  • * İlk dəfə olaraq  Çinin ən yaxşı 50 proqramı top-100-lükdə yer alıb, baxmayaraq ki, universitetlərin  inkişaf tempi zəifləyir;
  • * Sinqapur Milli Universitetinin 8  proqramı  top-10-luğa düşüb; 
  • * Hindistan universitetləri orta inkişaf səviyyəsini  qeyd etməyə başlayıb, 53 proqram yaxşılaşıb və cəmi 29 proqram azalıb. Eyni zamanda top-50 və top-100-lükdə yer alan Hindistan universitetlərinin sayında da artım var;
  • * Rusiyanın ali təhsil sistemi təkmilləşməkdə davam edir,  top-50 və top-100 -lükdə yer alan proqramların sayı artır;
  • * Latın Amerikasının ən yaxşı işləyən ali təhsil sistemi Kolumbiyadır, qitənin qabaqcıl ali məktəbləri  Universidad Nacional Autonoma de Mexico (top-50-likdə 12 ən yaxşı proqram) və Braziliyanın Universidade de Sao PauloUniversitetidir  (top-50 -likdə  11 ən yaxşı proqram).

 

Ən effektiv universitetlər

Tutduğu

yer

Ali məktəblər

Ölkələr

Top

10-luq

1.

1. Kembric Universiteti

Böyük Britaniya

38

2.

2.Harvard Universiteti

ABŞ

35

3.

3.Oksford Universiteti

Böyük Britaniya

34

4.

4.Kaliforniya Berkli Universiteti

ABŞ

32

5.

5.Stanford Universiteti

ABŞ

30

6.

6.Massaçusets Texnologiya İnstitutu

ABŞ

21

7.

7.Sürix Texnologiya İnstitutu

İsveçrə

13

8.

8.London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi 

Böyük Britaniya

13

9.

9. Los-Anceles Kaliforniya Universiteti

ABŞ

11

10.

10.Yel Universiteti

ABŞ

11

 

Tutduğu

yer

İxtisas istiqaməti

Ali məktəb

Ölkə

1.

Maliyyə və mühasibat 

Harvard Universiteti

ABŞ

2.

Kənd və meşə təsərrüfatı

Vageningen Universiteti

Niderland

3.

Anatomiya və fiziologiya

Oksford  Universiteti

Birləşmiş Krallıq

4.

Antropologiya

Oksford  Universiteti

Birləşmiş Krallıq

5.

Arxeologiya

Oksford Universiteti

Birləşmiş Krallıq

6.

Memarlıq

Massaçusets Texnologiya İnstitutu

ABŞ

7.

İncəsənət və dizayn

London  Kral İncəsənət Kolleci

Birləşmiş Krallıq

8.

Biologiya elmləri

Harvard Universiteti

ABŞ

9.

Biznes və menecment tədqiqatları

Harvard Universiteti

ABŞ

10.

Kimya maşınqayırması

Massaçusets Texnologiya İnstitutu

ABŞ

11.

Kimya

Massaçusets Texnologiya İnstitutu

ABŞ

12.

Mülki və  tikinti maşınqayırması

Massaçusets Texnologiya İnstitutu

ABŞ

13.

Klassik və  qədim tarix

Oksford Universiteti

Birləşmiş Krallıq

14.

Kommunikasiya və media

Amsterdam Universiteti

Hollandiya

15.

Kompüter elmləri və informasiya sistemləri

Massaçusets Texnologiya İnstitutu

ABŞ

16.

Stomatologiya

London Kral Kolleci

Birləşmiş Krallıq

17.

Beynəlxalq inkişaf tədqiqatları

Sussex Universiteti

Birləşmiş Krallıq

18.

Yerin  və dünya okeanının tədqiqi

Sürix Ali Texnik Məktəbi

İsveçrə

19.

İqtisadiyyat və ekonometrika

Harvard Universiteti

ABŞ

20.

Təhsil

London Universitet Kolleci

Birləşmiş Krallıq

21.

Elektrik və elektron mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

22.

İngilis dili və ədəbiyyatı

Oksford Universiteti

Birləşmiş Krallıq

23.

Ekoloji tədqiqatlar

Stenford Universiteti

ABŞ

24.

Coğrafiya

Oksford Universiteti

Birləşmiş Krallıq

25.

Tarix

Harvard Universiteti

ABŞ

26.

Otel biznesi və idarəetmə

Lozanna Otel İdarəetmə Məktəbi

İsveçrə

27.

Hüquq

Harvard Universiteti

ABŞ

28.

Kitabxana və informasiya  

Britaniya Kolumbiyası Universiteti

Kanada

29.

Dilçilik

Massaçusets Texnologiya İnstitutu

ABŞ

30.

Materialşünaslıq

Massaçusets Texnologiya İnstitutu

ABŞ

31.

Riyaziyyat

Massaçusets Texnologiya İnstitutu

ABŞ

32.

Mexanika, aviasiya və sənaye mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

33.

Tibb

Harvard Universiteti

ABŞ

34.

Dağ-mədən sənayesi  mühəndisliyi 

Kolorado ştat Universiteti

ABŞ

35.

Müasir dillər

Oksford Universiteti

Birləşmiş Krallıq

36.

Tibb bacısı işi

Pensilvaniya Universiteti

ABŞ

37.

İncəsənətin praktik növləri

Culyard  Məktəbi

ABŞ

38.

Əczaçılıq və farmakologiya

Oksford Universiteti

Birləşmiş Krallıq

39.

Fəlsəfə

Nyu-York Universiteti

ABŞ

40.

Fizika  və astronomiya

Massaçusets Texnologiya İnstitutu

ABŞ

41.

Siyasət və beynəlxalq tədqiqatlar

Harvard Universiteti

ABŞ

42.

Psixologiya

Harvard Universiteti

ABŞ

43.

Sosial siyasət və inzibatçılığı

Harvard Universiteti

ABŞ

44.

Sosiologiya

Harvard Universiteti

ABŞ

45.

İdman

Lafoboro  Universiteti

Birləşmiş Krallıq

46.

Statistika və əməliyyat tədqiqatları

Massaçusets Texnologiya İnstitutu

ABŞ

47.

İlahiyyat və dinşünaslıq

Notrdam Universiteti

ABŞ

48.

Baytarlıq

Kaliforniya Devis Universiteti

ABŞ

 

 

Oruc MUSTAFAYEV