Martın 19-da teledərslərin keçiriləcəyi son gün olacaq. Belə ki, dərslərə Novruz bayramı ilə əlaqədar fasilə veriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.
Bayramdan sonra peşə təhsili müəssisələrində təhsilalanlar üçün də teledərslər nümayiş olunacaq.
AZƏRTAC