Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə  iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsi üçün tapşırıqlar  verilib. 

 

Bunu nəzərə alaraq, martın 17-dən Azərbaycan Texniki Universiteti (AzTU) onlayn idarəetmə sisteminə keçib. Artıq  iclaslar və toplantılar onlayn təşkil edilir.

 

Həmçinin  AzTU-nun martın 18-nə nəzərdə tutulan Elmi Şurası da onlayn rejimdə keçiriləcək.